Əlillər arasında dava bıçaqlanma ilə nəticələnib

1980-ci il təvəllüdlü Ağsu şəhər sakini Babayev Rahim Sədrəddin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağsunun Meliatorlar qəsəbə sakini, 1977-ci il təvəllüdlü Əzizov Ramil İnqilab oğlunu bıçaqlayıb.O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, hadisəni törədən Rahim Babayev bir qolu olmadığı üçün I qrup əlildir, xəsarət alan Ramil Əzizov isə II qrup əlildir. Onlar arasında çayxanada mübahisə yaranıb. Sonra Rahim Babayev Ramil Əzizovun evinə gedib, onu küçəyə çıxararaq bıçaqlayıb.
Mənbə: Apa Az