Ədliyyə naziri istefa verib

Livanın Ədliyyə naziri, xanım Maria Klaudi Nəcim Beyrut limanında baş verən partlayışa görə istefa verdiyi açıqlayıb. Bu artıq, Beyrut limanında baş verən partlayışla əlaqədar istefasını hökumətə təqdim edən üçüncü nazirdir. Daha öncə ölkənin İnformasiya naziri Manal Abdel Səməd və Ətraf Mühid naziri Damianos Kattar istefa verib.
Mənbə: Apa