Ç. İyn 25th, 2025

Əlillər arasında dava bıçaqlanma ilə nəticələnib

1980-ci il təvəllüdlü Ağsu şəhər sakini Babayev Rahim Sədrəddin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağsunun Meliatorlar qəsəbə sakini, 1977-ci il təvəllüdlü Əzizov Ramil İnqilab oğlunu bıçaqlayıb.O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hadisəni törədən Rahim Babayev bir qolu olmadığı üçün I qrup əlildir, xəsarət alan Ramil Əzizov isə II qrup əlildir. Onlar arasında çayxanada mübahisə yaranıb. Sonra Rahim Babayev Ramil Əzizovun evinə gedib, onu küçəyə çıxararaq bıçaqlayıb.

Mənbə: Apa Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com