Əməkdar artist Adil Zeynalovun xatirə gecəsi keçirildi
20 fevral 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrında Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran Dövlət Dram Teatrının və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” “Kimlər gəldi, kimlər getdi…” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrının tanınmış aktyoru, Əməkdar artist Adil Zeynalovun xatirə gecəsi keçirildi.
Tədbir teatrın foyesində təşkil olunan xatirə sərgisinə baxışla başladı. Sərgidə Adil Zeynalovun həyat və səhnə fəaliyyətini əks etdirən fotoşəkillər yer aldı.
Gecənin aparıcısı, Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimova tədbirin ideya müəlliflərini – Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanı, Dağıstan Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzər Hüseynovanı və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədovu səhnəyə dəvət etdi. Onlar çıxış edərək Adil Zeynalovun zəngin yaradıcılıq yolu, sənətə verdiyi töhfələr və teatr aləmində oynadığı mühüm rol haqqında danışdılar.
Daha sonra tədbirdə çıxış edən Əməkdar artist Sücəddin Mirzəyev, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar artisti Əliyar Hüseynov, aktyor Saleh Əzimzadə, respublikanın Əməkdar müəllimi, Lənkəran Xarici Dillər Təmayüllü Gimnaziyasının direktoru Mənsur Ağayev, AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli,
Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyin müəllimi Mirzəxan Məmiyev, sevilən muğənni Zaur Babayev, ssenari müəllifi Cəfər Fətullayev və Adil Zeynalovun oğlu Kamran Zeynallı sənətkarın şəxsiyyəti, səhnədəki obrazları və onunla bağlı xatirələrini bölüşdülər.
Bundan əlavə, gecədə aktyorun həyat və yaradıcılığını əks etdirən videoroliklər nümayiş olundu. Mahnı və şeir ifalarına yer verildi.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.