Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib

BƏƏ-nin Baş naziri və Dubayın hakimi Məhəmməd bin Rəşid əl Maktum ərəb dünyasında ilk dəfə olaraq Abu-Dabidə “Baraka” atom stansiyasının istismara verildiyini bəyan edib. Baş nazir bildirib ki, dörd atom elektrik stansiyasından ibarət olan “Baraka” ölkənin enerji ehtiyacının ¼-ni təmin edəcək. O, atom stansiyalarının istifadəsinin və kosmosun öyrənilməsinin ərəblərin elm sahəsində nəyə qadir olduqlarının və başqa böyük xalqlarla rəqabətə girə biləcəklərinin göstəricisi olduğunu vurğulayıb.
Mənbə: Apa