Ç. İyn 25th, 2025

Ərdoğan: “Quldur Ermənistan dövlətinə dəstək verənləri bəşəriyyət qarşısında hesab verəcəkləri barədə xəbərdar edirəm”

“Bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir”. Mediamax.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib. “Ermənistan hakimiyyətini hər şeyi bir kənara qoyub, təkidlə Türkiyəyə böhtan atmaq cəhdləri də xilas etməyəcək. Bu quldur dövlətə dəstək verənləri bəşərin vicdanı qarşısında hesab verəcəkləri barədə xəbərdar edirəm. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun!”, – deyə Ərdoğan qeyd edib.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com