Ç. İyn 25th, 2025

10 mindən çox nümayişçi hökumət əleyhinə mitinqə başlayıb

Bu gün günortadan sonra 10 mindən çox nümayişçi hökumət əleyhinə mitinq keçirmək üçün Taylandın paytaxtı Banqkokda “Demokratiya” abidəsinin önünə toplanıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“Azad Gənclər Hərəkatı”nın fəalları ölkənin əsas qanununu dəyişdirmək üçün imza toplamaq qərarındadırlar. Onlar Senat üzvlərinin seçilməsini deyil, təyin olunmasını nəzərdə tutan bəndin qanundan silinməsini tələb edirlər.

Hərəkat fəalları bildirib ki, indiyə qədər konstitusiyaya dəyişiklik etmək üçün 10 250 nəfər imza atılıb. Etirazçılar 50 min imza toplamağı planlaşdırır.

Nümayişin yerli vaxtla saat 21:00-da bitəcəyi qeyd olunur.

Aksiyada olan polis əməkdaşları heç kəsi saxlamırlar, lakin mitinqə qoşulmaq istəyənlərə kordonlarla mane olurlar.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com