10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılmasından apelyasiya şikayətinə baxılıb. Bu barədə Təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib. O bildirib ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Mənbə: Apa