Ç. İyn 25th, 2025

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Dövlətin Əsas Qanunu isə1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Beləliklə, 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Ötən 25 il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edildi.
Bununla da Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırıldı.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com