120 milyon dollara alınan əsər

Rusiyalı iş adamı Roman Abramoviç norveçli rəssam Edvard Munkun “Haray” əsərini 120 milyon dollara əldə edib.
Alqı-satqı “Sotheby’s” hərrac evində baş tutub. Qeyd olunur ki, Abramoviç əsərin mövcud dörd variantından birini alıb. Bu, şəxsi kolleksiyada saxlanan yeganə nüsxədir.
“Haray” Edvard Munkun 1893-1910-cu illərdə yaratdığı rəsm əsərləri seriyasıdır. Əsərdə qırmızı rəngli səma fonunda haray çəkən insan əks olunub.
Mənbə: Oxu Az