Ç. İyn 25th, 2025

16 yaşlı futbolçu məşq etmək istədi lakin …

Rusiyanın paytaxtı Moskva şəhərində “Znamya Truda” klubunun 16 yaşlı oyunçusu İvan Zaborskini məşq zamanı ildırım vurub.

İldırım zərbəsi Zaborskinin boynundakı metal boyunbağıya təsadüf edib.

Nəticədə futbolçunun ağciyərləri ciddi zərər görüb. Vəziyyəti ağır olan futbolçu xəstəxanaya çatdırılıb.

Hal-hazırda futbolçunun komada olduğu bildirilir.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com