Ç. İyn 25th, 2025

17 yaşlı qız kim tərəfindən qaçırıldı

“Bu ilin mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə gələrək, qızının qaçırılması barədə ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar olaraq, Bərdə Rayon Polis Şöbəsində (RPŞ) müvafiq araşdırmalara başlanılıb.

Mediamax.az saytl DİN rəsmi saytına əsasən xəbər verir ki, araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək, öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”. – deyə, DİN-in Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, məsələ ilə bağlı sosial şəbəkədəki paylaşımda 17 yaşlı, universitetə hazırlaşan qızın 2 dəfə evlənib-boşanmış adam tərəfindən qaçırıldığı qeyd olunub.

Həmçinin, iddia edilir ki, ata qızını geri almaq istəsə də, vermirlər.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com