17 yaşlı qızın qaçırılmasına Ombudsman özü nəzarət edir

Mediamax.az saytı xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.Bu məqsədlə, dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.
Eyni zamanda, Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib. Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Mənbə: APA