Ç. İyn 25th, 2025

190 manat hələ də qüvvədədirmi?

Xüsusi karantin rejimində işsizlər üçün nəzərdə tutlan 190 manatlıq birdəfəlik ödəmənin iyun ayında da verilmə məsələsi gündəmə gəlib. Belə bir təkliflə çıxış edən millət vəkili Əli Məsimli hesab edir ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehtiyac var.

 Əli Məsimli – Milli Məclisin deputatı: “Yaranmış vəziyyətdən asılı olaraq, aidiyəti orqanlar həmin 190 manat yardımın iyun ayında da verilməsi məsələsinə baxılmalıdır. Çünki vəziyət bunu tələb edir. 2-ci, işsizlərin statistikası aparılsın, çünki yeni işsizlər meydana çıxıb”.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirildi ki, iyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur. Belə ki, karantin rejminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə qayıtmağa imkan verib. Yəni insanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. Ekspertlər isə bu yanaşmanı doğru hesab etmir. İqtisadçı Rəşad Həsənov deyir ki, bu kimi qərarlar qəbul ediləndə müəyyən sahələrin spesifik xarakteriskası nəzərə alınmalıdır.

Ekspertlər hesab edir ki, hazırda işsiz olan insanları nəzərə alaraq, müvafiq proqramların müddətinin artırılmasına ehtiyac var

 Qeyd edək ki, 190 manatlıq birdəfəlik ödəmə aprel-may aylarında 600 min insana verilib. Ölkədə xüsusi karantin rejimi isə iyun ayının 15-nə qədər uzadılıb.

Mənbə: arbtv.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com