2020-2021-ci tədris ilində rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb

Mediamax.az-ın məlumatına görə, ümumi ixtisas seçimi etmiş namizədlərin sayı 456 olub. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsindən olan namizədlərdir. Qeyd edək ki, müsabiqəyə yalnız “Namizədin electron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.
Mənbə:APA