Ç. İyn 25th, 2025

2020-ci ilin üçüncü Ay tutulması başa çatıb

Bu ilin üçüncü yarımkölgəli Ay tutulması hadisəsi saat 05:52-də (Bakı vaxtı ilə saat 09:52) sona çatıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma maksimumu saat 04:31-də (Bakı vaxtı ilə 08:31) müşahidə olunub.

Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünüb.

Qeyd edək ki, ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

Mənbə: Bakupost

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com