Ç. İyn 25th, 2025

2040-cı ildə nələr baş verəcək?

Yaponiyanın Elm və Texnologiya Nazirliyi bu ay keçirilən iclasda gələcəkdə baş verə biləcək 37 hadisənin proqnozunu açıqlayıb.

Bunlar arasında ən diqqət cəlb edəni 2040-cı ildə it və pişiklərlə danışmağın mümkün olacağıdır.

Eyni zamanda məsafədən asılı olmayaraq dad, iy və hissləri istədiyimiz insana göndərə biləcəyik.

Digər proqnozlar isə insan əməyinə ehtiyac olmayacağı, yolda robotla qarşılaşmanın gündəlik hadisəyə çevriləcəyi ilə bağlıdır.

Qeyd edək ki, Yaponiya Elm və Texnologiya Nazirliyinin 70-ci illərdə verdiyi proqnozlar arasında həyata keçənləri çoxdur; Bunlara divara asıla bilən televizor, cibdə gəzdirilməsi mümkün simsiz telefon, təbiətdən enerji alınması aid edilə bilər.

Lakin 1977-ci ildə verilən xərçəng xəstəliyinin müalicəsinin tapılması proqnozu isə hələ özünü doğrultmayıb.

Mənbə yapon.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com