21 iyun Günəş tutulması gerçəkləşəcək

İyunun 21-də, yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması baş verəcək.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.
Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq.
Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.
Mənbə: Unikal Org