Ç. İyn 25th, 2025

22 dekabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin 2 yaşı və bu ilə dair hesabat konfransı keçirilib

22 dekabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin 2 yaşı və bu ilə dair hesabat konfransı keçirilib. Konfrans iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin şəhər mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, qazilər və könüllü gənclər iştirak ediblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi üçün çox uğurlu keçən 2021-ci ildəki fəaliyyətlər haqqında illik statistik məlumatlar verilib. Bildirilib ki, il ərzində bir-birindən fərqli, faydalı 272 fəaliyyət həyata keçirilib və bunlara 5610 nəfər gənc cəlb olunub. Nümayəndəliyin 12 nəfər könüllü gənci işlə təmin olunub.

Daha sonra konfransda çıxış edənlər Lənkəran nümayəndələyinin gənclərin inkişafı üçün gördüyü işlərdən, uğurlu əməkdaşlıqlardan danışıblar. İl ərzində ən yaddaqalan layihələrdən “Kəndimiz Mərkəzdə”, “Anı danış” və “Zəfər Kuboku”nun adları vurğulanıb. Həmçinin tədbir zamanı il ərzində ən aktiv olan 7 gənc – Sara İsmayılova (“İlin könüllüsü”), Jalə Fəttayeva və Şəms Ağazadə (“Rübün könüllüsü”) – Validə Məmmədzadə, Sofia Əzizli, Fərid Əhmədli və Leyla Məmmədli (“Ayın könüllüsü”) təltif edilib və mükafatlandırılıb.
Konfrans “Nənələr” folklor qrupunun və gənclərin ifaları ilə davam edib. Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com