Ç. İyn 25th, 2025

238 gün ac qalan vəkil dünyasını dəyişdi

Türkiyədə 238 gün aclıq aksiyası keçirən məhbus vəkil Ebru Timtik vəfat edib.

Mediamax.az saytı xəbər verir ki, bu barədə vəkilin üzvü olduğu “Halkın Hukuk Bürosu” təşkilatının tvitter hesabında məlumat verilib.

20 mart 2019-cu il tarixində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 13 il altı ay həbs cəzasına məhkum edilən Timtik 2020-ci il fevralın 3-dən aclıq aksiyasına başlayıb.

O, məhkəmənin qərarına etiraz edərək iddiaları rədd edib. 5 aprel tarixindən etibarən isə o aksiyanı ölüm orucu adıyla davam etdirib.

Qeyd edək ki, ölümündən öncə vəkilin çəkisi 33 kiloqrama düşüb.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com