Ç. İyn 25th, 2025

3 qatar toqquşdu, stansiyanın dəmir yol xətti sıradan çıxdı, xəsarət alanlar var

Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryol qəzası baş verib. 
Əldə edilən məlumata görə, 2 lokomativin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Regional Baş İdarəsinin məlumatına görə, qatarların toqquşması saat 14:00-da qeydə alınıb. 
Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryol xətti sıradan çıxıb.
Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.
“Oktyabrskaya” Dəmir Yolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com