Ca. İyn 26th, 2025

48 saatlıq ayrılığa dayana bilməyib həyata gözlərini yumdu

Türkiyənin Qaziantep şəhərində yaşayan ər həyat yoldaşı vəfat etdikdən 48 saat sonra həyata gözlərini yumub.

Bir-birini heç qırmamış cütlük 68 illik evlilik həyatı sürüblər. Həyat yoldaşı vəfat etdikdən sonra özünə gələ bilməyən 87 yaşlı ər 48 saat içərisində gözlərini əbədi yumub.

“Anamın vəziyyəti pis olanda atamın gizli-gizli ağladığını görərdim. Onların sevgisi çox başqa idi. Anam öləndən sonra atam həyatdan küsdü, yemək və sudan imtina etdi” deyə oğulları bildirib.

Mənbə: IHA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com