5 il öncə qəzada itkin düşən daha iki neftçinin cəsədi tapıldı

2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş daha iki neftçinin 149 metr dərinlikdə cəsədi aşkarlanıb.Analizlər zamanı cəsədlərdən birinin 1971-ci il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsus olduğu bildirilib.Digər cəsədin kimə məxsus olduğu isə hələlik müəyyənləşməyib.
Xatırladaq ki, həmin qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb.Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.