53 yaşlı polis polkovnik-leytenant vəfat edib

Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.“Mediamax.az” APA-a istinadən xəbər verir ki, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünyasını dəyişib.Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb. DİN Mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.