Bz. Avq 17th, 2025

64 işçisinin koronavirusa yoluxduğu müəssisə

BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov 64 işçinin koronavirusa yoluxmasına aydınlıq gətirərək bildirib: “Bir nəfər həkim koronavirusa yoluxub, həmin həkim bizim işçimiz olan anasını yoluxdurub və beləliklə işçilər arasında yoluxma baş verib. Koronavirusa yoluxan işçilərimiz karantinə yerləşdirilib və tezliklə hamısı evə buraxılacaq. Hazırda fabrik işləmir”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı “Bakı Tikiş Evi”ndə 64 nəfərin, “Baku Steel Company”də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Azvision Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com