70 yaşlı azərbaycanlı alim koronavirusdan vəfat edib

AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Səthi-aktiv reagentlər və preparatlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Ziyafəddin Əsədov bu gün vəfat edib.
Qeyd edək ki, dünən alimin koronavirusa yoluxması və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Mənbə: Oxu Az