8 il sonra ilk dəfə ata olacaqdı amma …

Səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olanlardan biri də gizir Babayev Yaşar Vasif oğludur.
Qeyd edək ki, şəhid Ağstafa rayonunun Köçəsgər kəndindəndir.
Yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.
Mənbə: Qafqazinfo