Prezidentdən Sərəncam

Mediamax.az saytının Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə F.G.Qocayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2020-ci il.