“Marsel” klubunda koronavirusa yoluxanların sayı açıqlanıb

Fransanın “Marsel” klubunun daha üç üzvü koronavirusa yoluxub.
“Mediamax.az” Report-a istinadən xəbər verir ki, həmin şəxslərin adları açıqlanmayıb. “Marsel” bütün lazım olan məlumatları Fransa Peşəkar Futbol Liqasına göndərib.
Qeyd edək ki, Fransa çempionatının ilk turunda avqustun 21-də keçirilməsi planlaşdırılan “Marsel” – “Sent-Etyen matçı təxirə salınıb. Daha əvvəl klubun bir neçə üzvündə və tanınmış futbolçu Dmitri Payetdə koronavirus aşkarlanıb.