Ötən il türmədən qaçan 15 nəfər hələ də tapılmayıb

Dövlət Statistika Komitəsi ötən ilə aid Azərbaycandakı kriminogen vəziyyətlə bağlı göstəriciləri açıqlayıb.
2019-cu ildə 18 nəfər cəzaçəkmə müəssisəsindən qaçdığı üçün axtarışda olub. Bu rəqəm 2000-ci ildə 65 nəfər olub. Axtarışda olan 18 nəfərdən ötən il 3 nəfəri müəyyən edilərək saxlanılıb. Digər 15 nəfərin axtarışları davam etdirilir.
Mənbə: Qafqazinfo