Şinzo Abe istefa verib

Yaponiyanın Baş Naziri Şinzo Abe səhhətinin pisləşməsi səbəbindən vəzifəsindən getdiyini təsdiqləyib.
Baş Nazir bu barədə bu gün Tokioda keçirilən mətbuat konfransında açıqlama verib: “Siyasətçi üçün ən başlıcası nəticə göstərməkdir.
Bu nəticəni göstərmək üçün 7 il 8 ay var gücümü sərf etdim. Siyasətçi səhhətinin stabil vəziyyətdə olmaması səbəbi ilə səhv buraxa bilməz. Baş Nazir vəzifəsindən istefa verirəm”,- deyə Abe qeyd edib.
Mənbə: Qafqazinfo