“Müsəlman Qadaşları”-nın liderindən son xəbər

Qadağan olunmuş islamçı “Müsəlman Qardaşlar” assosiasiyasının lideri Mahmud İzzət Misirin paytaxtı Qahirədə saxlanılıb.
“Al Arabiya”-nın verdiyi xəbərə görə bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, M.İzzət assosiasiyanın silahlı qanadının təşkilatlanmasına görə məsuliyyət daşıyır. İslamçı liderin təqibdən yayınması üçün bir neçə mənzil istifadə etdiyi bildirilib.