Ç. İyn 25th, 2025

Böyük Britaniyanın ən varlı idmançısı artıq Lüis Hemilton hesab olunur

“Formula 1” üzrə altıqat dünya çempionu Lüis Hemilton artıq Böyük Britaniyanın ən varlı idmançısı hesab olunur.

“Sunday Times” nəşri “Mercedes” pilotunun 275 milyon dollarının olduğu haqqında yazı dərc edib. Nəşrdə Hemiltonun ötən bir ildə 45 milyon ABŞ dolları qazandığı bildirilir. Beləliklə, o, reytinqin hazırlandığı 32 illik dövrdə ən varlı idmançıya çevrilib.

Qeyd edək ki, əvvəlki belə rekord, 2013-cü ildə əmlakı 243 milyon ABŞ dolları təşkil edən
əfsanəvi futbolçu Devid Bekhemə məxsus olub.

Ən varlı idmançılar siyahısına həmçinin, 207 milyon dollar var-dövlətlə qolfçu Rori Makilroy da düşüb.

Üçüncü yer isə 139 milyon ABŞ dollarına malik futbolçu Qaret Beylə məxsusdur. 

Mənbə: Report.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com