Goranboyda dəhşətli qəza

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mediamax.az saytının verdiyi xəbərə görə, hadisə Goranboy – Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub.
Hərəkətdə olan “Azsamand” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo