COVİD-19 peyvəndi ilə bağlı növbəti şad xəbər

Rusiyada koronavirusla bağlı risq qrupuna daxil olan əhali arasında kütləvi peyvəndləməyə bu ilin noyabr-dekabr aylarından start veriləcək.
“RİA Novosti”nin verdiyi xəbərə görə bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko bildirib.
Onun dediyinə görə, bu həftədən 40 min könüllünün iştirakı ilə peyvəndin klinik sınaqlarına başlanacaq.