Bakıda mənzildən 47 min manatlıq oğurluq

Bakıda mənzildən 47 min manatlıq oğurluq olub.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 800 manat pul, 10.000 ABŞ dolları və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R. Mikayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA