Prezident 21 yaşlı qızını nazir müavini təyin etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşat Kadırovanı Mədəniyyət nazirinin birinci müavini təyin edib. Bununla bağlı Ramzan Kadırov öz “Telegram” kanalından açıqlama verib.
Qeyd edək ki, Ayşat Kadırova “Firdaw” moda evinin sahibidir. O, Çeçenistan Dövlət Universitetində İqtisadiyyat təhsili alıb. Bundan əlavə, xanım Kadırova Qurani-Kərim hafizidir.
Mənbə: XeberTv İnfo