Piyadanı avtomobil vurub

Hadisə Bakıda Parlament prospektində baş verib.
“Hyundai İX 35” markalı avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub.
Nəticədə piyada ağır xəsarətlər alıb. Qəza yerinə çağırılan təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparıb. Hadisə yerinə yol polisləri də gəlib, araşdırma aparılır.
Mənbə: Apa