Ç. İyn 25th, 2025

Partiya rəhbərinə qarşı cinayət işi açıldı

Mediamax.az saytının verdiyi məlumata görə, Azərbaycan Mübarizləri Partiyasının (AMP) sədri Ağadur Müslümov 100 min manat dələduzluqda ittiham olunur.

Partiya sədri İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğluna qarşı dələduzluq edib.

A. Müslümova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Sədr barədə olan cinayət işinin istintaqı başa çatdırılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Mənbə: Trend

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com