Baş vermiş qəza sıxlığa səbəb oldu

H.Əliyev prospektində şəhər istiqamətində əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda ASK arenanın qarşısından başlayaraq şəhər istiqamətində hadisə baş verən yerədək sıxlıq müşahidə olunur.
Mənbə: Qafqazinfo