Ç. İyn 25th, 2025

Dövlət başçısı yeni məktəbin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub və bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

Açılış zamanı dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.

Yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com