ABŞ restoranlarında manikenlərə də xidmət göstəriləcək

ABŞ-ın Virciniya ştatında “Inn at Little Washington” restoranının sahibi sosial məsafə problemini həll etmək üçün zalda qonaq qismində manikenlərə də xidmət göstəriləcək.
Qeyd edək ki, ştatda restoranlar mayın 29-dan etibarən açılacaq. Lakin hökumətin tələbi ilə müəssisələr maksimum yarıya qədər dolmalıdır.
Müştərilər özlərini tənha hiss etməsinlər deyə, onlarla bir masaya ötən əsrin 40-cı illərin dəbinə uyğun geyimləri olan manikenlər əyləşdiriləcək.
Mənbə: Oxu Az