Sabaha olan hava proqnozu açıqlandı

Səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 18-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.
Mayın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Mənbə: Milli Hidrometeorologiya Xidməti