Yeni Zellandiyanın baş naziri restorana buraxılmadı

Yeni Zelandiyanın baş nazirinin restorana buraxılmaması haqqında “New Zealand Herald” xəbər yayıb.
Bildirilib ki, Vellinqton şəhərində “Olive” kafesinin işçiləri cütlüyü qəbuldan imtina ediblər.
Çünki yeni iş cədvəlinə görə, müəssisə artıq mümkün qədər izdihamlı olub. Hökümət başçısının əri yeri əvvəldən bron etmədiyi üçün özünü günahkar sayıb. Buna baxmayaraq, yer qısa müddətdə boşalıb və bundan sonra cütlüyə kafeyə qayıtmaq təklif edilib.
“Ardern bütün işçilərə yaxşı münasibət bəsləyirdi və adi bir müştəri kimi davranırdı”, – deyə şahidlərdən biri bildirib.
Ölkədə yeni qaydalara əsasən, restorandakı qonaqlar sosial məsafəni qorumalı və barda oturmamalıdırlar.
Mənbə: Oxu Az