Ç. İyn 25th, 2025

Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı maşın yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Babayev Ayşad Vaqif oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com