Ç. İyn 25th, 2025

Baş məşqçi koronavirusa yoluxdu

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, komandada aparılan testlərin nəticəsi argentinalı mütəxəssisdə pozitiv çıxıb. Evində karantinə alınan Simeonu iki həftə komandasına rəhbərlik edə bilməyəcək. Onun yoxluğunda madridlilərə köməkçiləri məşq keçəcək.

Qeyd edək ki, “Atletko” La Liqada ilk oyununu III tur çərçivəsində sentyabrın 27-də “Qranada”ya qarşı keçirəcək.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com