Ç. İyn 25th, 2025

Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qəza nəticəsində təyyarədə olan pilot və sərnişin dünyasını dəyişib. Onların cəsədləri təyyarənin içərisində tapılıb. 

Qeyd edək ki, təyyarə qəza zamanı Şelkovo ərazisindəki gölməçəyə düşüb. 

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com