Daha bir deputat koronavirusa yoluxub

Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.
O, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib.Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.
Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub.
Hər iki deputat “Bizim Gürcüstan – Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər.
Mənbə: Report