Ç. İyn 25th, 2025

Yüz minlərlə insanın ölümünə səbəb olan cani 25 il sonra həbs edildi

Ruanda soyqırımında yüz minlərlə insanın ölümündə məsul tutulan şəxslərdən biri oaln Felisien Kabuqa Fransada saxlanılıb.


Paris Prokurorluğunun yaydığı açıqlamada 84 yaşlı Kabuqanın Parisin yaxınlığında saxta kimliklə yaşadığı evində saxlanıldığı bildirilib.

25 ildir axtarışda olan Kabuqa insanlığa qarşı cinayətlərlə mübarizə aparan jandarma qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində ələ keçirilib. Onun rəsmi prosedurlardan sonra BMT nəzdində açılan Ruanda Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılacağı bildirilib.

Qeyd edək ki, Kabuqa soyqırımı gerçəkləşdirən hutuları maliyyələşdirməkdə də günahlandırılır. 1994-cü ilin iyuluna İsveçrəyə sığınan və bu ölkədən deportasiya edildikdən sonra Konqo Demokratik Respublikasına gedən Kabuqa 1997 və 2003-cü illərdə Keniyanın paytaxtı Nayrobidə ona qarşı keçirilən polis əməliyyatlarından qaçmağa nail olmuşdu.

Mənbə: Qaynarinfo.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com