Ç. İyn 25th, 2025

Tanınmış yazıçı dünyasını dəyişdi

ABŞ-da “Forrest Qamp” kitabının müəllifi Uinston Qrum 77 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, bu barədə Alabama ştatının Ferhop şəhərinin meri Kerin Uilson bildirib.  

“Çox böyük kədər hissi ilə bizim əziz dostumuz Uinston Qrumun ölməsi barədə xəbər verirəm. Ferhop şəhəri bu gün əfsanəvi müəllifi itirdi”, – şəhər merinin feysbuk paylaşımında deyilir.

Belə ki, “Forest Qamp” kitabı (1986) ekranlaşdırılmasından sonra populyarlıq qazanıb. Eyni adlı bədii film altı “Oskar” mükafatına layiq görülüb.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com